ABŞ Vyana Protokolundan geri çəkildiyini açıqladı

Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib...

1062104
ABŞ Vyana Protokolundan geri çəkildiyini açıqladı

  Amerika Birləşmiş Ştatları Vyana Diplomatik Münasibətlər Konvensiyası Uyğunsuzluğa Həll Əlavə Protokolundan geri çəkildiklərini bildirib.

  Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib: “Fələstinin ABŞ-ın İsrail səfirliyini Qüdsə daşıması haqqında iddia qaldırmasından sonra sözügedən protokoldan geri çəkildiklərini açıqlayıb.

  C.Bolton deyib: “Prezident Donald Tramp Vyana Diplomatik Münasibətlər Konvensiyası Uyğunsuzluğa Həll Əlavə Protokolundan geri çəkilmə qərarı verdi. Bu, sözdə Fələstin dövlətinin açdığı məhkəmə işi ilə əlaqədardır. ABŞ ona qarşı yersiz siyasi iddialara səssiz qalmaz. Fələstinin ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə daşımasına etiraz bir nümunədir. Onu da qeyd edək ki, ABŞ rəhbərliyi, keçmişdə olduğu kimi, Fələstin dövlətini yenə tanımır”.

  Xatırladaq ki, mərkəzi Haaqada yerləşən Beynəlxalq Ədalət Divanı (UAD) keçən həftə yazılı açıqlama verərək Fələstinin ABŞ-ın beynəlxalq müqavilələrə riayət etməli və ABŞ-ın səfirliyini Qüdsdən geri çəkməsi üçün onlardan icazə almaları lazım olduğunu tələb etmişdi.



Әlaqәli Xәbәrlәr