ABŞ neft ixracını dayandırdı

ABŞ-dan Çin Xalq Respublikasına neft ixracatı dayandırıldı.

1061988
ABŞ neft  ixracını dayandırdı

Reuters xəbər agentliyinin beynəlxalq nəqliyyat xidmətləri sahəsində fəaliyyət göstərən Honkonq mərkəzli ‘China Merchants Energy Shippingin (CMES)’ sədri Xie Chunlinə istinad etdiyi xəbərdə bildirilib ki, ABŞ ilə Çin arasında davam edən ticarət döyüşü çərçivəsində Amerikadan Çinə edilən neft ixracatına son qoyuldu.

Xie Chunlin, Honkonqda keçirilən dəniz nəqliyyatçılığı yığıncağında etdiyi çıxışında: "Biz ABŞ-dan Çinə neft daşıyan şirkət idik. İki ölkə arasındakı ticarət döyüşü əvvəlində Çinə net daşımaq faydalı iş idi. Lakin bu fəailyətimiz tamamiylə dayandırıldı.

Qeyd edək ki, Vaşinqton iki ildən bəri Pekinə neft tədarük edirdi.

ABŞ Enerji İnformasiya İdarəsinin məlumatına görə Amerika ötən il Çin Xalq Respublikasına, İngiltərə və Hollandiyaya reallaşdırdığı neft ixracatının küllündən daha çox neft tədarük edib. Bu da pekinin neft idxalının 3% -nü təşkil edirdi.



Әlaqәli Xәbәrlәr