ABŞ Hindistanı sanksiyalarla hədələdi

Amerika Birləşmiş Ştatları Rusiyadan S-400 hava müdafiə sistemi satın almağı planlaşdıran Hindistana müqavilə həyata keçərsə, sanksiya tətbiq edəcəyi xəbərdarlığını etdi.

1062359
ABŞ Hindistanı sanksiyalarla hədələdi

   ABŞ Dövlət Departamendindən verilən və "The Hindu" xəbər saytında yazılan məlumata görə, Hindistan Rusiyadan S-400 hava müdafiə sistemi satın alarsa, o da ABŞ-ın Düşmənlərlə Sanksiyalar Yoluyla Mübarizə Aparma Qanunu (CAATSA) çərçivəsində İran, Şimali Koreya və Rusiya ilə mühüm alış-veriş edən hər hansı ölkəyə tətbiq olunacaq sanksiyalardan ayrı sayılmayacaq. ABŞ bütün müttəfiqləri və tərəfdaşlarına Rusiya ilə CAATSA çərçivəsində sanksiyalara səbəb olacaq mübadilədən imtina etməyə çağırır.  

  Hindistan isə Rusiya ilə müdafiə əməkdaşlığa davam edəcəyini və bu ölkədən S-400 barədə niyyətini açıq şəkildə bildirib.

  Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Hindistana oktyabrın 4-də başlayacaq 2 günlük səfəri zamanı iki ölkə rəhbərləri arasında S-400 müqaviləsinin imzalanması gözlənilir.



Әlaqәli Xәbәrlәr