Vladimir Putin İdliblә bağlı әldә olunan razılaşmanı qiymәtlәndirib

Rusiya prezidenti Vladimir Putin  ölkәsi ilә  Türkiyәnin Suriyanın İdlib bölgәsindә tәhlükәsiz bölgәnin yaradımlası ilә bağlı әldә etdiyi razılaşmanın  bölgәdә qan axıdılmasının qarşısını aldığını deyib.

1061762

Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilәn ‘‘enerji hәftәsi’’ çәrçivәsindә  Suriyada baş verәn son proseslәri qiymәtlәndirib.

Amerika Birlәşmiş Ştatlarının  Suriyadakı mövcudluğunun  qeyri-qanuni olduğunu  qeyd edәn Putin deyib: ‘‘Amerika Birlәşmiş Ştatlarının Suriyadakı mövcudluğu  Birlәşmiş Millәtlәr Tәşkilatının Konvensiyasına ziddir’’.

Çıxışı zamanı Rusiya ilә Türkiyә arasında İdlibdә atәşkәsin tәmin olunması ilә bağlı Soçidә әldә olunan razılaşmaya da toxunan Vladimir Putin bildirib ki,  ölkәsi ilә  Türkiyәnin Suriyanın İdlib bölgәsindә tәhlükәsiz bölgәnin yaradımlası ilә bağlı әldә etdiyi  razılaşmanın  bölgәdә qan axıdılmasının qarşısını alacaq. Rusiya vә Türkiyә İranın dәstәyi ilә bu razılaşmanı hәyata keçirir.

Qeyd edәk ki, Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vә Rusiya prezidenti Vladimir Putin  sentyabrın 17-dә Soçi şәhәrindә bir araya gәlәrәk  İdlibdә tәhlükәsiz bölgәnin yaradımlası  vә atәşkәsin tәmin olunması mәsәlәsindә raziliğa gәlmişdi.

Әlaqәli Xәbәrlәr