‘‘Qazprom’’un sәdr müavini Avropada tәbii qaz tәlәbatının artığını bildirib

Aleksandr Medvedev Moskvada keçirilәn ‘‘enerji hәftәsi’’ proqramında Avropanın  tәbii qaz bazarına dair son proseslәri qiymәtlәndirib.

1061712
‘‘Qazprom’’un sәdr müavini Avropada tәbii qaz tәlәbatının artığını bildirib

Rusiyanın enerji şirkәti ‘‘Qazprom’’un sәdr müavini Aleksandr Medvedev  Avropada tәbii qaz tәlәbatının artığını qeyd edib.

Aleksandr Medvedev Moskvada keçirilәn ‘‘enerji hәftәsi’’ proqramında Avropanın  tәbii qaz bazarına dair son proseslәri qiymәtlәndirib.

Avropanın 2025-ci ilәdәk  60 milyard kubmetr, 2030-cu ilәdәk 80 milyard kubmetr әlavә tәbii qaza ehtiyacı olacağını bildirәn Medvedev: ‘‘Bir sıra sektorların rәsmilәri bu proqnozların aşağı sәviyyәdә olduğunu düşünür. Proqnozlara әsasәn,  Avropanın ehtiyac duyacağı  әlavә tәbii qaz hәcmi illik 100 milyard kubmetri keçә bilәr’’ deyә vurğulayıb.

Artan tәlәbat  sәbәbindәn  Avropada  yeni tәbii qaz marşrutlarının әhәmiyyәtinin hәr ötәn gün daha da artığını qeyd edәn Aleksandr Medvedev: ‘‘Qazprom şirkәtinin bu il Avropaya nәql etdiyi tәbii qaz rekord sәviyyәyә çatıb. Bu sәbәblә artan tәlәbatın ödәnilmәsi üçün TürkAxın  vә Şimali Axın 2 kimi tәbii qaz layihәlәri  Avropa üçün hәyati әhәmiyyәtә malikdirlәr’’ deyә bildirib.

Rus qazını Türkiyəyə vә  Türkiyə üzərindən Avropaya nәql edәcәk  TürkAxım təbii qaz boru kəmərinin  hər biri illik 15,75 milyard kubmetr tutumuna  malik iki xətdən ibarət olacaq.

Şimal Axın 2 layihəsi ilə də ildə 55 milyard kubmetr  Rus qazının  Baltik dənizi üzərindən Almaniyaya nәql edilmәsi  planlaşdırılır.

‘‘Qazprom’’ şirkәti  ötən il Avropaya 194,4 milyard kubmetr təbii qaz nәql edib.

Şirkәt  həmin qazın təxminən 30 %-i  Ukrayna üzərindən nәql etmişdi.



Әlaqәli Xәbәrlәr