Beynəlxalq Ədalət Məhkəməsi rəsmi Tehranın tələbini qəbul etdi

Beynəlxalq Ədalət Məhkəməsi rəsmi Tehranın ABŞ-ın İrana qarşı sanksiyalarının təxirə salınmasına dair ilkin tələbini qəbul etdi.

1061563
Beynəlxalq Ədalət Məhkəməsi rəsmi Tehranın tələbini qəbul etdi

Beynəlxalq Ədalət Məhkəməsi rəsmi Tehranın ABŞ-ın İrana qarşı sanksiyalarının təxirə salınmasına dair ilkin tələbini qəbul etdi.

Beynəlxalq Ədalət Məhkəməsi qərarda bildirib ki, ABŞ-ın sanksiya qərarı İranın mülki aviasiyasını təhlükə ilə qarşı-qarşıya qoymamalı və iki ölkə gərginliyi dərinləştirməməlidir.

Qeyd edək ki, İran 2015-ci ildə imzalanan nüvə proqramı üzrə razılaşmadan çıxan və sanksiya siyasətini davam etdirən ABŞ-ı BMT-nin məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etdi.

Rəsmi Vaşinqton isə keçən həftə açıqlama verərək Beynəlxalq Ədalət Məhkəməsini tanımadığını bildirdi.



Әlaqәli Xәbәrlәr