Jan-İv Le Drian Çavuşoğlu ilə görüşdə Soçi razılaşmasına dəstəyini bildirdi

Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian (Jens-Yves Le Drian) srağa gün ölkəmizin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşdə Soçi razılaşmasına verdiyi dəstəyi dilə gətirdi.

1060520

Fransa Xarici İşlər Nazirliyinin görüşlə bağlı açıqlamasında bildirilib ki, iki nazir görüşdə Suriya məsələsini müzakirə etdilər. Jan-İv Le Drian İdlib bölgəsində təhlükəsiz bölgə yaradılmasını təmin edən və Əsəd rejiminin və ona dəstək olanların bu bölgədə hücum etməsinə mane olan 17 sentyabrdakı Soçi razılaşmasına dəstiyini dilə gətirdi. Le Drian Çavuşoğluna Suriya mövzusunda Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı, İngiltərə və ABŞ-ın olduğu və “kiçik qrup” kimi adlandırılan qrup və Astana qrupu ilə fəaliyyətlərini davam etdirmə mövzusunda çağırış etdi.

İki nazirin Suriya məsələsində siyasi həll tapmağa və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Misturanın barəsində işlədiyi konstitusiya fəaliyyətlərinə sürət qazandırılması mövzusunda  həmfikir olduqları bildirilib. BMT-nin Liviya üzrə xüsusi nüməyəndəsi Qassan Səlamənin Liviya barədəki yol xəritəsilə ölkədə şəffaf və sakit seçkinin hazırlanması mövzusunda dəstəklərini ifadə etdikləri vurğulanıb.

Әlaqәli Xәbәrlәr