İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә 37 fәlәstinli xәsarәt alıb

Fələstin Səhiyyə Nazirliyindən verilәn  yazılı açıqlamada  İsrail əsgərlərinin  nümayişçilәrә hәqiqi  güllə ilә  müdaxilə etdiyi  və 37 fələstinlinin yaralandığı bildirilib.

1060612
İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә 37 fәlәstinli  xәsarәt alıb

İsrail әsgәrlәrinin işğal altındakı Qәzza zolağında ‘‘milyonluq yürüş’’ adı altında keçirilәn  aksiyaya sәrt müdaxilәsi nәticәsindә 37 fәlәstinli yaralanıb.

Mitinq çərçivəsində Qəzzanın şimal-qərbində bir araya gələn yüzlərlə fәlәstinli İsrail sərhədi yaxınlığındakı rayonlarda  rezin tәkәrlәr  yandırıb.

Fələstin Səhiyyə Nazirliyindən verilәn  yazılı açıqlamada  İsrail əsgərlərinin  nümayişçilәrә hәqiqi  güllə ilә  müdaxilə etdiyi  və 37 fələstinlinin yaralandığı bildirilib.

Fələstinlilər martın 30-dan etibarәn işğal  altındakı Qəzza zolağında  ‘‘milyonluq yürüş’’ adı altında mitinqlәr keçirir.

İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına qayıtmağı və 2006-cı ildәn  bəri Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini tələb edən dinc əhalinin üzərinə həqiqi güllələrlə hücum edir.

İsrail əsgərlərinin  martın 30-dan etibarәn keçirilәn aksiyalara müdaxilәsi nәticәsindә 34-ü uşaq olmaqla  190-dan çox fәlәstinli şәhid olub, minlәrlә fәlәstinli isә yaralanıb.



Әlaqәli Xәbәrlәr