Anti-İslam hәrәkatı PEGİDA Hollandiyada aksiya keçirdi

Hollandiyanın Enchede şәhәrindә anti-İslam hәrәkatı PEGİDA mәrakeşlilәrin getdiyi mәscidin qarşısında aksiya keçirib.

1060424
Anti-İslam hәrәkatı PEGİDA Hollandiyada aksiya keçirdi

Hollandiyanın Enchede şәhәrindә anti-İslam hәrәkatı PEGİDA mәrakeşlilәrin getdiyi mәscidin qarşısında aksiya keçirib.

Özlәrini ‘‘Qәrbin İslamlaşmasına qarşı vәtәnpәrvәr avropalılar’’ olaraq adlandıran PEGİDA-nın  keçirdiyi mitinqdә İslam әleyhinә film nümayiş olunub vә İslamı tәhqir edici çıxışlar edilib.

Anti-Faşist adlı qeyri-hökumәt tәşkilatı da mitinqin keçirildiyi әrazi yaxınlığında PEGİDA әleyhinә nümayiş keçirib.

Qeyri-hökumәt tәşkilatının nümayәndәlәri  ‘‘İrqçilik bir hәll yolu deyil’’, ‘‘Sәsli danış, açıq danış hәr kәsi qәbul edirik buraya’’ kimi süarlar sәslәndiriblәr.

Anti-Faşist adlı qeyri-hökumәt tәşkilatının nümayәndәsi Viktor Lomer hәm mәscidә dәstәk olmaq, hәm dә PEGİDA-ya qarşı aksiya keçirmәk üçün gәldiklәrini deyib.

Viktor Lomer deyib: ‘‘Mәncә hәr kәsә olduğu kimi mәscid inşa etmәk istәyәn müsәlmanlara da yer var burada. İnsanları etnik mәnşәyi, ya da dini ilә mühakimә  etmәk düzgün deyil’’

Fәlәstin İş Qrupu Fondunun rәhbәri Yan ter Har isә PEGİDA hәrәkatının nümayişinin provokatif olduğunu bildirәrәk: ‘‘PEGİDA hәrәkatı keçirdiyi nümayişlәr ilә  hәr sәfәrindә diqqәt çәkmәyә çalışır’’ deyә qeyd edib.

Ter Har PEGİDA-nın nümayiş keçirәcәyini anlayınca başqa bir yerdә keçirmәyi düşündüklәri görüşü mәsciddә keçirmәyә qәrar verdiklәrini söylәyib.

Rotterdam meri Әhmәd Әbutalib çәrşәmbә axşamı şәhәrdәki Hallandiya Diyanәt Vәqfi yanında fәaliyyәt göstәrәn Lalәli mәscidinin qarşısında keçirilmәsi planlaşdırılan aksiyanın  tәhlükәsizlik sәbәbindәn Әssәlam mәscidinin qarşısında keçirilmәsinә icazә verib.

Xatırladaq ki, PEGİDA  hәrәkatı Ramazan ayında iftar zamanı beş mәscidin qarşısında donuz әtindәn kabab bişirmә aksiyası keçirәcәyini bildirmişdi. Lakin bunun qarşısı alınmışdı.



Әlaqәli Xәbәrlәr