ABŞ İranın raket hücumuna çox sərt reaksiya göstərdi

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) İranın Suriyada Fərat çayının şərqinə istiqamətli ballistik raket hücumlarını “hərbi və sivil aviasiyaya təhdid” və “məsuliyyətsiz” olaraq dəyərləndirdi.

1060314

Pentaqonun sözcülərindən mayor Sean Robertson İranın dünən Suriyanın şərqindəki bəzi hədəflərə istiqamətli raket hücumunu ABŞ rəhbərliyindəki koalisiya ilə koordinasiya etmədən həyata keçirdiyini bildirib.
Mayor Robertson "Koalisiya qüvvələrinə zərər verməmiş olsa da bu təcavüzü hələ də analiz edirik və oradakı mürəkkəb hava məkanını nəzərə aldıqda bu cür hücumlar Suriyada aktiv olaraq DEAŞ ilə mübarizə aparan qüvvələri təhlükəyə salır" deyib.

ABŞ-ın Rusiya ilə Suriyada qüvvələrin tanınması üçün rabitə kanalı qurduğunu ancaq İranın bu cür tədbirlər görmədiyini qeyd edən Robertson "Koordinasiyasız bir hava sahəsinə raket atmaq mülki və hərbi aviasiyaya təhdiddir" deyə bildirib.

Robertson koalisiyanın DEAŞ-ın Orta Fərat vadisindəki qalıqlarını məğlub edəcək qabiliyyətə malik olduğunu, İranın bu sahədəki hər davranışının məsuliyyətsiz, etibarsız və gərginliyi artıran olduğunu söyləyib.

Әlaqәli Xәbәrlәr