ABŞ-dan F-35  açıqlaması

"F-35 Müştərək Döyüş Təyyarəsi Proqramı"nın direktor müavini Mat Uinter (Mat Winter): "Əlavə iki təyyarənin   2019-cu ilin martında təhvil verilməsini gözləyirik. 100 təyyarənin təhvilində bir dəyişiklik olduğuna dair hər hansı bir məlumat yoxdur" dedi.

1060288
ABŞ-dan F-35  açıqlaması

 "F-35 Müştərək Döyüş Təyyarəsi Proqramı"nın direktor müavini  Mat Uinter (Mat Winter) F-35 Proqramı Ofisində jurnalistlərə verdiyi açıqlamada Türkiyənin bu proqramda iştirakına dair hər hansı bir dəyişikliyin olmadığını bildirərərək: "Əlavə iki təyyarənin   2019-cu ilin martında təhvil verilməsini gözləyirik. 100 təyyarənin təhvilində bir dəyişiklik olduğuna dair hər hansı bir məlumat yoxdur" ifadələrini işlətdi.
 
 ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) büdcəsində Pentaqonun 90 gün ərzində Türkiyə ilə bağlı Konqresə hesabat təqdim etmə şərtini xatırladan Uinter: "Hesabat üçün texniki və proqramla bağlı məlumatları təmin etmişik və hesabat 90 gün ərzində təqdim olunacaq" dedi.
 
 Xatırladaq ki, Türkiyə iyun ayında iki F-35 döyüş təyyarəsini təhvil alıb.
 
 2002-ci ildən etibarən proqramın iştirakçı ölkələri arasında olan Türkiyə 100 F-35 döyüş təyyarəsini almaq öhdəliyi götürüb.



Әlaqәli Xәbәrlәr