Rusiya Suriyada 112 hərbçisini itirib

Rusiya Federasiyası Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Bondarev ölkəsinin Suriyada əməliyyatlara başlamasından sonra keçən 3 illik müddətində 112 hərbçinin həlak olduğunu bildirdi.

1059713
Rusiya Suriyada 112 hərbçisini itirib

 Rusiya Federasiyası Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Bondarev Rusiya Silahlı Qüvvələrinin Suriyada əməliyyatlara başlamasının üçüncü ildönümü münasibətilə mətbuata açıqlama verdi.
 
 Sovet İttifaqı dövründə Əfqanıstanda ilk üç il ərzində təxminən 4 min 800 əsgər, ən az 60 tank və 400 zirehli vasitə, 15 təyyarə, 97 helikopter itirdiklərini xatırladan Bondarev: "Hal-hazırda silahlı qüvvələrimiz Suriyada 112 əsgər itirib. Bu əsgərlərin təxminən yarısı An-26 təyyarə qəzası və İl-20 təyyarəsinin vurulması ilə öldülər. Bundan başqa, 8 təyyarə, 7 helikopter və bir neçə zirehli maşın itirdik" dedi.
 
 Bondarev 2003-2006-ci illərdə İraqda həyata keçirdiyi əməliyyatlarda Amerika Birləşmiş Ştatları rəhbərliyindəki koalisiyanın 2 min 515 hərbçi, 10-20-ə yaxın tank, ən azı 50 zirehli maşın, 15 təyyarə və təxminən 80 helikopter itirdiyini bildirdi.
 
Qeyd edək ki, Rusiyanın An-26 tipli hərbi yük təyyarəsi bu il 6 martda Hmeymim hərbi hava bazasında texniki səbəblərdən qəzaya uğramış, göyərtəsində olan 39 rus əsgəri həlak olmuşdu.
 
 Suriyada 17 sentyabrda  kəşfiyyat uçuşu edən və 15 əsgəri daşıyan Rusiyaya məxsus İl-20 təyyarəsi Aralıq dənizi üzərində Suriya hava müdafiə raket sistemi ilə vurulmuşdu.



Әlaqәli Xәbәrlәr