ABŞ Bəsrədəki konsulluğunun fəaliyyətini dayandırdı

ABŞ dövlət katibi Mayk Pompeo (Mike Pompeo)  İraqın Bəsrə şəhərində yerləşən ABŞ Konsulluğunun fəaliyyətini dayandırdığını bildirdi.

1058904
ABŞ Bəsrədəki konsulluğunun fəaliyyətini dayandırdı

 ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert dövlət katibi  Mayk Pompeonun (Mike Pompeo) Bəsrə Konsulluğu ilə bağlı qərarına dair yazılı açıqlama verdi.
 
 Pompeonun Bəsrə Konsulluğunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul etdiyini bildirən Nauert: "ABŞ-ın Bağdad səfirliyi Bəsrə zonasında olanlara tam xidmət verməyə davam edəcək" ifadəsini işlətdi.
 
Nauert açıqlamada ABŞ-ın İraqın cənub bölgəsindəki İraq xalqını dəstəkləməyə davam edəcəyini də qeyd etdi.
 
Pompeo da verdiyi yazılı açıqlamada ABŞ-ın İraqda fəaliyyət göstərən vətəndaşlarına yönəlmiş hər hansı bir hücuma görə İranı məsul tutacaqlarını bildirdi.



Әlaqәli Xәbәrlәr