Malidә toqquşmalar nәticәsindә  27 nәfәr hәlak olub

Bu barәdә ölkәnin Tәhlükәsizlik Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1058277
Malidә toqquşmalar nәticәsindә  27 nәfәr hәlak olub

Malinin şimalında  qәbilәlәr arasında baş verәn toqquşmalar nәticәsindә  27 nәfәr hәlak olub.

Bu barәdә ölkәnin Tәhlükәsizlik Nazirliyindәn verilәn mәlumatda bildirilib.  Mәlumata әsasәn, toqquşma tuareq xalqı nümayәndәlәri arasında yaşanıb.

Mәlumatda münaqişәnin Nigeriya ilә sәrhәddә yerlәşәn  Menaka şәhәri yaxınlığında baş verdiyi bildirilib.

İnsident nәticәsindә 27 nәfәrin öldüyü, bir nәfәrin dә yaralandığı bildirilib. Bölgәyә çox sayda tәhlükәsizlik xidmәti әmәkdaşlarının göndәrildiyi bildirilmişdi.

Qeyd edәk ki, daha әvvәl verilәn açıqlamada 12 nәfәrin hәlak olduğu bildirilmişdi.

Bölgәdә bu il әrzindә törәdilәn hücumlar nәticәsindә 200 nәfәr ölmüşdü.



Әlaqәli Xәbәrlәr