Mahmud Abbas: ‘‘Qüds satılıq deyil’’

Fәlәstin dövlәt başçısı Mahmud Abbas Amerika Birlәşmiş Ştatlarının Nyu-York şәhәrindә keçirilәn BMT Baş Mәclisinin 73-cü sessiyasında çıxış edib.

1058274
Mahmud Abbas: ‘‘Qüds satılıq deyil’’

Fәlәstin dövlәt başçısı Mahmud Abbas Amerika Birlәşmiş Ştatlarının Nyu-York şәhәrindә keçirilәn BMT Baş Mәclisinin 73-cü sessiyasında çıxış edib.

Çıxışı zamanı İsrail  ilә yanaşı ABŞ rәhbәrliyini dә tәnqid edәn Mahmud Abbas İsrail Mәclisi tәrәfindәn iyul ayında qәbul edilәn ‘‘Yahudi Milli Dövlәt Qanunu’’nu ilә bağlı fikirlәrini sәslәndirib.

Fәlәstin dövlәt başçısı Mahmud  Abbas hәmin qanunun fәlәstinlilәrә qarşı diskriminasiyanı leqallaşdırdığını bildirib.

‘‘Yahudi Milli Dövlәt Qanunu’’nun iki dövlәtli hәll prosesinin mümkünlüyünә  zәrbә vurduğunu qeyd edәn  Mahmud Abbas deyib: ‘‘Beynәlxalq hüquqa zidd olan bu qanun irqçi dövlәtin qurulmasına sәbәb olacaq’’.

Çıxış zamanı ABŞ rәhbәrliyini  kәskin dillә tәnqid edәn Mahmud Abbas vurğulayıb ki, ABŞ Qüdsü İsrailin paytaxtı olaraq tanıyaraq iki dövlәtli hәllin mümkünlüyünә ciddi zәrbә vurur.

‘‘Qüds satılıq deyil’’ deyәn Mahmud Abbas bildirib ki,  bölgәdә sülhün tәmin edilmәsinin yolu paytaxtı Şәrqi Qüds olan Fәlәstin dövlәtinin qurulmasından keçir.

Mahmud Abbas bu proses әrzindә çox sayda şәhid verәn Fәlәstin xalqının  sülhә inanmağa davam edәcәyini vurğulayıb.

‘‘Müzakirәlәrin qarşı deyilik vә heç bir zaman müzakirә tәklifini rәdd etmәdik. Sülh üçün sәy göstәrmәyә davam edәcәyik’’,-deyә Mahmud Abbas qeyd edib.



Әlaqәli Xәbәrlәr