Avropa İttifaqı BMT-də islahatlar aparılmasına dair səyləri dəstəkləyir

Avropa İttifaqı Şurasının sədri Donald Tusk liderlər olaraq BMT-ni vəzifəsini uğurlu şəkildə yerinə yetirmə mexanizmlərilə təchiz etmələrinin vacibliyini vurğulayıb.

1058180
Avropa İttifaqı BMT-də islahatlar aparılmasına dair səyləri dəstəkləyir

Avropa İttifaqı BMT-də islahatlar aparılmasına dair səyləri dəstəkləyir.

Bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk BMT Baş Məclisinin 73-cü iclasında etdiyi çıxışda deyib.

Liderlər olaraq BMT-ni vəzifəsini uğurlu şəkildə yerinə yetirmə mexanizmlərilə təchiz etmələrinin vacibliyini vurğulayan Tusk “Avropa İttifaqı BMT-də islahatlar aparılmasına dair səyləri dəstəkləyir. Bu islahatlara çox ehtiyac duyuldu və ləngidi. Təcili olduğu aydındır və tətbiq edilməsi vacibdir” deyə bildirib.

Suriya böhranına toxunan Tusk bölgədə toqquşma davam etdiyi müddətdə xalqın acı çəkəcəyini deyib.

Tusk çağırış edərək bildirib ki, humanitar bir faciə yaşanmaması üçün İdlibdə sentyabrın 17-də Türkiyə və Rusiyanın əldə etdiyi silahlardan azad edilmiş təhlükəsiz bölgəni nəzərdə tutan razılaşma tamamilə tətbiq edilməlidir.

Avropa İttifaqı Şurasının sədri Donald Tusk Liviyadakı sabitsizlikdən istifadə edən insan alverçilərinin səbəb olduğu iztirablara da diqqət çəkərək “Liviya xalqından mərhəmətsiz şəkildə istifadə edən insan alverçilərinə sanksiya tətbiq edilməli və bunlar məhkəməyə çıxarılmalıdırlar” deyə vurğulayıb.

Çıxışında Afrika qitəsinin daşıdığı əhəmiyyətə də toxunan Tusk buranın “böyük çətinliklər qitəsi” olduğu qədər böyük imkanlara malik olduğunu ifadə edib.



Әlaqәli Xәbәrlәr