Sentyabrın 27-si Dünya Turizm Günüdür

1970-ci il sentyabrın 27-də Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (DTT) nizamnaməsi qəbul olunub.

1057915
Sentyabrın 27-si Dünya Turizm Günüdür

Sentyabrın 27-si Dünya Turizm Günüdür.

Türkiyə Əsnaf və Sənətkarları Konfederasiyasının (TƏSK) sədri Bəndəvi Palandökən  Türkiyənin ilk yarısında 16 milyon turist qonaq etdiyini və keçən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artım olduğunu bildirib.

Palantökən “27 sentyabr Dünya Turizm Günü” münasibətilə yaydığı bəyanatda ilin ilk altı ayında Türkiyənin turizm gəlirinin 11 milyard 469 milyon 828 min dollar olduğunu, il ərzində isə 40 milyon turist və 30 milyard dollarn turizm gəliri hədəf götürdüklərini qeyd edib.

Ölkənin iqtisadi inkişafı başda olmaqla beynəlxalq imijici gücləndirmək və mədəniyyətini dünyaya tanıtmaq üçün turizm sektorundan əldə edilən qazancın ən yüksək səviyyəyə çıxarılmasının vacibliyini vurğulayan Palandökən “Dörd bir tərəfi cənnət olan ölkəmizi dünya turizmində haq etdiyi hədəfə çıxarmaq üçün daha çox cəhd göstərməliyik. Xüsusilə təbiət, tarix və klunariya sayəsində ölkəmizə daha çox turist cəlb etməliyik. Ölkəmizdə turizmə hər mövsüm fəallıq qazandırmalıyıq” deyə bildirib.

Qeyd edək ki, 1970-ci il sentyabrın 27-də Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (DTT) nizamnaməsi qəbul olunub. 1980-ci ildə təşkilat bu tarixin Dünya Turizm Günü (World Tourism Day) kimi qeyd olunması barədə qərar qəbul edib. DTT hazırda dünya ölkələri arasında turizm sahəsi üzrə koordinasiyanı həyata keçirən, üzv dövlətlər arasında vahid statistik məlumat bazasının formalaşdırılması, turizmin bu və ya digər növünün inkişaf etdirilməsi və s. məsələlərlə bağlı tövsiyələr verən BMT nəzdində ixtisaslaşmış təşkilatdır.

Bu il Dünya Turizm Günü “Turizm və rəqəmsal transformasiya” (Tourism and the digital transformation) mövzusuna həsr olunub. Builki tədbirə Macarıstan ev sahibliyi edəcək.



Әlaqәli Xәbәrlәr