İsveç Çindən üzr istədi

SVT-nin həftəiçi “İsveç xəbərləri” (Svenska Nyheter) satirik proqramında çinli turistlərlə bağlı alçaldıcı ifadələr işlənilib...

1057783
İsveç Çindən üzr istədi

  İsveç dövlət televiziyası SVT yomorustik proqramında çinli turistlərlə bağlı aşağılayıcı bənzətmələrə görə üzr istədi.

  SVT-nin həftəiçi “İsveç xəbərləri” (Svenska Nyheter) satirik proqramında çinli turistlərlə bağlı alçaldıcı ifadələr işlənilib. Proqramın prodüseri Tomas Holl (Thomas Hall) televiziyanın blok səhifəsindən etdiyi açıqlamada bildirib: “Yanlış anlaşılmaya görə proqramda görə özünü alçalmış hiss edən çinlilərdən səmimi şəkildə üzr istəyirik”.

  Qeyd edək ki, proqram yayımlandıqda o saat sonra Çin Xarici İşlər Nazirliyi İsveçə rəsmi olaraq etiraz etmiş, çinlilərə qarşı irqçilik edildiyini və vətəndaşlarının alçaltdığını bildirmiş, SVT-dən üzr istəməsini tələb etmişdi.

  Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda iki həftə əvvəl üç turistin rezervasiyadan 5 saat əvvəl otelə gəlməsilə hollda mübahisə çıxmışdı. Otel işçilərinin xahişilə polis çinli turistləri oteldən çıxararkən çıxan mübahicə iki ölkə arasında diplomatik gərginliyə səbəb olmuşdu. Bu hadisə SVT-də istehza və alçaldıcı ifadələrlə lağa qoyulmuşdu.



Әlaqәli Xәbәrlәr