"Müxtəlif sahələrdə ciddi nəzər ziddiyyətləri dialoqu əhəmiyyətli hala gətirir",Y.Stoltenberq
Rusiya və Alyans arasında müxtəlif sahələrdə ciddi nəzər ziddiyyətləri dialoqu əhəmiyyətli hala gətirir.
Rusiya və Alyans arasında müxtəlif sahələrdə ciddi nəzər ziddiyyətləri dialoqu əhəmiyyətli hala gətirir.
BMT Baş Məclisinin 73-cü sessiyasına qatılmaq üçün Nyu-Yorkda olan NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə keçirdiyi ikili görüşdən sonra mətbuata açıqlama verib.
Lavrov ilə görüş imkanından məmnunluğunu dilə gətirən baş katib Rusiya və Alyans arasında müxtəlif sahələrdə ciddi nəzər ziddiyyətlərinin dialoqu əhəmiyyətli hala gətirdiyini vurğulayıb.
Stoltenberq görüşdə hərbi vəziyyət və təlimlərdən danışdıqlarını, bu çərçivədə Rusiyanın “Vostok”, NATO-nun isə “Trident Juncture” təlimi barədə fikir mübadiləsi apardıqlarını söyləyib.
Görüşdə NATO-nun Ukraynadakı " aqrəssiv Rus faaliyətlərindən" duyduğu narahatlığı dilə gətirdiyini bildirən Stoltenberq Alyansın “Salisbury” hücumunun (mart ayında casus və qızının zəhərlənməsi) sonra İngiltərə ilə də hərtərəfli həmrəylik içində olduğunu xatırlatdığını deyib.
Stoltenberq Lavrov ilə əlaqə saxlamaqda davam etmək barədə razılaşdıqlarını sözlərinə əlavə edib.