Vladimir Putin və Benyamin Netanyahu arasında telefon danışığı olub

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

1055933
Vladimir Putin və Benyamin Netanyahu arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, görüş  İsrail tərəfinin təşəbbüsü ilə baş tutub. Görüş zamanı Benyamin Netanyahunun Rusiyaya məxsus ''İl-20'' tipli  təyyarənin vurulması nəticəsində  həlak olan hərbçilər ilə əlaqədar  bir daha Vladimir Putinə başsağlığı verdiyi bildirilib.

Söhbət zamanı Vladimir Putin bildirib ki, Suriya Hərbi Hava Müdafiə Qüvvələrinin döyüş imkanlarını artırmaq üçün gördükləri tədbirlər yaranan vəziyyətə adekvatdır. 

Onun sözlərinə görə, Rusiyaya məxsus “İl-20” tipli təyyarənin bu günlərdə vurulmasına əsas səbəb İsrail Hərbi Hava Qüvvələrinin atdığı addımlar olub.



Әlaqәli Xәbәrlәr