Əsəd rejimi Rukban düşərgəsinə humanitar yardım çatdırılmasını hələ də təsdiqləməyib

BMT Suriyada Bəşər Əsəd rejiminin cənub-qərbdəki Rukban düşərgəsinə humanitar yardım çatdırılmasını hələ də təsdiqləmədiyini bildirdi.

1056470
Əsəd rejimi Rukban düşərgəsinə humanitar yardım çatdırılmasını hələ də təsdiqləməyib

BMT Suriyada Bəşər Əsəd rejiminin cənub-qərbdəki Rukban düşərgəsinə humanitar yardım çatdırılmasını hələ də təsdiqləmədiyini bildirib.

BMT Humanitar yardım koordinasiya ofisinin sözçüsü Yens Laerke Suriya-İordaniya sərhəd məntəqəsinə yaxın səhrada yerləşən Rukban düşərgəsindəki humanitar vəziyyətin bir aydan artıq zamandır ağırlaşdığını vurğulayıb.

Sözçü BMT düşərgəsindəki 50 minə yaxın insana yanvar ayının əvvəlində İordaniya üzərindən ərzaq yardımı çatdırıla bildiyini xatırladıb.

Düşərgədə ərzağın bitmə nöqtəsində olduğunu bildirən sözçü BMT-nin dəstəklədiyi klinika ilə əlaqənin isə 13-21 sentyabr tarixləri arasında kəsildiyini, düşərgədə biri uşaq olmaqla üç nəfərin həyatını itirdiyini qeyd edib.

May ayından bəridir “dəhşətli humanitar şərtlərə görə” 4 minə yaxın insanın düşərgəni tərk etdiyinə diqqət çəkən Laerke qalan digər sivillərin də bölgədən ayrılmağa hazırlaşdığına dair xəbərlər aldıqlarını söyləyib.

Sözçü düşərgədəki insanlara humanitar yardım çatdırılması üçün bütün hazırlıqları gördüklərini vurğulayaraq,”Lazım olan bütün təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq Suriya rəsmiləri hələ də təsdiqləmədi” deyə bildirib.

Sözçü Laerke bir daha Suriyadakı tərəfləri beynəlxalq insan haqları hüququnun məsuliyyətləri çərçivəsində “təhlükəsiz”, “davamlı” və “maneəsiz” humanitar yardımlara icazə verməyə çağırıb.



Әlaqәli Xәbәrlәr