Quterreş: “Suriyada, Yəməndə toqquşmalara son qoymadığımız üçün insanlar qəzəblənir"

Türkiyəni prezident Rəcəb Tayyib Ərdoğanın təmsil etdiyi BMT Baş Məclisinin 73-cü iclası başladı.

1056608
Quterreş: “Suriyada, Yəməndə toqquşmalara son qoymadığımız üçün insanlar qəzəblənir"

Türkiyəni prezident Rəcəb Tayyib Ərdoğanın təmsil etdiyi BMT Baş Məclisinin 73-cü iclası başladı.

ABŞ-ın Nyu-York şəhərində 140-dan çox ölkənin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə başlayan iclasın açılış çıxışını BMT-nin Baş katibi Antonio Quterreş edib.

“Suriyada, Yəməndə toqquşmalara son qoymadığımız üçün insanlar qəzəblənir. Arakanlılar səfalət içində sürgündədir və ədalət istəyir” deyə bildirən Quttereş dünya liderlərini ən çox ehtiyac duyulan bu zamanda beynəlxalq əməkdaşlıq və BMT-də islahata çağırıb.

Prezident Rəcəb Tayyib Ərdoğan da BMT Baş Məclisində çıxış edəcək.

İclasın builki mövzusu “BMT-ni bütün insanlarla maraqlandırmaq: Sülhməramlı, ədalətli və davamlı ictimaiyyətlər üçün qlobal liderlik və birgə məsuliyyətlər” olaraq müəyyən edilib.



Әlaqәli Xәbәrlәr