İran Prezident Aparatı görüşlə əlaqəli məlumat yaydı

ABŞ-ın Nyu-York şəhərində olan prezident Rəcəb Tayyib Ərdoğan ilə İran prezidenti Həsən Ruhani arasında keçirilən görüşə dair İran Prezident Aparatı tərəfindən məlumat yayıldı.

1056347
İran Prezident Aparatı görüşlə əlaqəli məlumat yaydı

BMT Baş Məclisinin 73-cü iclasına qatılmaq üçün ABŞ-ın Nyu-York şəhərində olan prezident Rəcəb Tayyib Ərdoğan ilə İran prezidenti Həsən Ruhani arasında keçirilən görüşə dair İran Prezident Aparatı tərəfindən məlumat yayıldı.

Məlumata görə, Ruhani prezident Ərdoğan ilə keçirdiyi görüşdə Türk iş adamları və şirkətlərin İrandakı layihələrin inkişafı prosesinə dəstəyini müsbət qarşıladıqlarını və iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsinin qarşısında hər hansı maneənin olmadığını söyləyib.

Türkiyənin və prezident Ərdoğanın Ahvazda törədilən terror aktını qınamalarına toxunulan açıqlamada Ruhaninin “Çətin günlərdə yan-yana olduq. Ahvazda törədilən hadisə terrora qarşı daha ciddi mübarizə aparmağımızın vacibliyini göstərir” tərzindəki ifadələri yer tutub.

Görüşdə həmçinin Ruhaninin Suriya və xüsusilə İdlib mövzusunda üçtərəfli proses (Türkiyə, Rusiya, İran) çərçivəsində istənilən əməkdaşlığa hazır olduqlarını ifadə etdiyi də bildirilib.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Məclisinin 73-cü iclasına qatılmaq üçün səfərdə olduğu Nyu-Yorkda ötən gün İran prezidenti Həsən Ruhanilə bir araya gəlib.



Әlaqәli Xәbәrlәr