Malayziyada saxta içkilərdən zəhərlənərək ölənlərin sayı artır

Malayziyada son üç gündə saxta içkidən zəhərlənərək ölənlərin sayı 23-ə yüksəldi

1054101
Malayziyada saxta içkilərdən zəhərlənərək ölənlərin sayı artır

Malayziya yerli mətbuatının Səhiyyə Nazirliyinə əsasən yadığı  xəbərlərdə paytaxt Kuala Lumpur ətrafında müxtəlif dükanlardan alınan üç fərqli markalı içkilərdən zəhərlənərək ölənlərin  sayının 23-ə çatdığı bildirilir.

İçkilərin saxta olduğu müəyyən edilib.

Xəstəxanaya çatdırılan 56 nəfərdən 20-si evə buraxılıb, 17-nin vəziyyətinin ağır olduğu bildirilir.

 Ölənlərin sayının artması ehtimalı var.

 Polis ölüm hallarından sonra bəzi dükanlardakı müxtəlif markalara məxsus spirtli içkiləri toplayıb.

 Hadisə ilə bağlı aparılan təhqiqatda 9 nəfərin nəzarətə götürüldüyü açıqlandı.


Etiketlәr: #Malayziya , #saxta içki

Әlaqәli Xәbәrlәr