ABŞ-ın Rusiya və Çinə qarşı yeni sanksiya qərarı

Rəsmi Vaşinqton Rusiya və bu ölkə ilə əlaqələrinə görə Çinə yeni sanksiyalar tətbiq edəcəyinə dair qərar qəbul etdi.

1053718
ABŞ-ın Rusiya və Çinə qarşı yeni sanksiya qərarı

Rəsmi Vaşinqton Rusiya və bu ölkə ilə əlaqələrinə görə Çinə yeni sanksiyalar tətbiq edəcəyinə dair qərar qəbul etdi.

ABŞ Dövlət Departamenti Rusiyada  müdafiə və kəşfiyyat sahələrində rol oynayan 33 şəxs və şirkətə sanksiya tetbiqinə dair qərarlar alıb.

Dövlət Departamenti yeni sanksiya qərarlarını prezident Trampın “Məhdudiyyətlər vasitəsilə ABŞ-ın düşmənlərilə mürarizə” qanunu çərçivəsində imzaladığı fərmana görə qəbul edib.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyertin (Həathər Nauərt) imzaladığı yazılı açıqlamaya görə, ABŞ Rusiya Federasiyasında hərbi və kəşifyyət sektorunda vəzifəli 30 şəxs və 3 şirkəti Trampın imzaladığı fərmanın 231-ci bölməsindəki “Xüsusi müəyyən edilmiş şəxslər” siyahısına əlavə etdi.

Digər tərəfdən Dövlət Departamenti həmin açıqlamada Rusiya ilə hərbi əlaqədə olduğuna görə Çinə məxsus hərbi bir şirkət və şirkətin direktorunu da sanksiya tətbiq ediləcək siyahıya daxil edib.

Xatırladaq ki, ABŞ-da Konqresdə keçən il iyul ayında qəbul edilən “Sanksiyalar vasitəsilə Amerikanın düşmənlərilə mübarizə” qanunu Rusiyanın Ukraynaya müdaxiləsi və ABŞ-da prezident seçkilərinə müdaxilə təşəbbüsü səbəbindən Moskvaya sanksiya tətbiq edilməsinə imkan yaradıb.  



Әlaqәli Xәbәrlәr