Şinzo Abe yenidən Liberal Demokratik Partiyasının sədri seçildi

Yaponiyanın Baş naziri Şinzo Abe yenidən Liberal Demokratik Partiyasının sədri seçildi.

1053201
Şinzo Abe yenidən Liberal Demokratik Partiyasının sədri seçildi

Yaponiyanın Baş naziri Şinzo Abe yenidən Liberal Demokratik Partiyasının sədri seçildi.

Kyodo agentliyinin yaydığı xəbərə görə, partiyanın sədrliyi üçün keçirilən səsvermədə Abe 807 səsin 70%-ni (553 səs) qazanaraq, rəqibi Şigeru Işibanı geridə qoyub.

Abe partiya sədri seçildikdən sonra çıxış edərək: “İndi konstitusiya dəyişikliyi məsələsini müzakirə etmənin zamanıdır. Mübarizə indi başlayır. Gəlin yeni bir Yaponiya üçün birlikdə işləyək” ifadələrini işlətdi.

 Yaponiyada 2012-ci ildən bu yana LDP-nin lideri olan və Baş nazir vəzifəsini icra edən 63 yaşlı Abe 2021-ci ilədək vəzifəsində qaldığı təqdirdə ən uzun müddət Baş nazir olan Taro Katsuranın 2886 günlük rekordunu geridə qoyacaq.



Әlaqәli Xәbәrlәr