Putin ile Netanyahu arasında kritik telefon danışığı

İsrailin baş naziri Benyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında kritik telefon danışığı olub.

1052165
Putin ile Netanyahu arasında kritik telefon danışığı

İsrailin baş naziri Benyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında kritik telefon danışığı olub.

Telefon danışığında Suriyada vurulan Rusiyanın kəşfiyyatçı təyyarəsi ilə bağlı məsələ müzakirə olunub.

İsrailin Baş naziri Netanyahu baş verən qəzada ölən rusiyalı hərbçilərə görə, başsağlığı verib bu olayla bağlı Suriya hökumətinin məsuliyyət daşıdığını bildirib.

Netanyahunun görüş zamanı ayrıca İsrail və Rusiya orduları arasında toqquşmanın qarşısını almaq üçün 2015-ci ildə qurulan və həmin tarixdən bəridir iki tərəf üçün də ağır itkilərə mane olan mexanizmin davam etməsinin daşıdığı əhəmiyyətə diqqət çəkib.

Baş nazir təyyarə qəzası ilə əlaqəli aparılan istintaqa kömək məqsədilə lazımi informasiya verə biləcəklərinə də hazır olduğunu bəyan edib.

Netanyahunun ayrıca İsrailin Suriyadakı İranın mövcudluğuna mane olmaq barədə qətiyyətli olduğunu dilə gətirdiyi bildirilib.

Xatırladaq ki, Rusiyanın “İl-20” təyyarəsi İsrailin dörd “F-16” qırıcısının Latakiyə vilayətində hücumu zamanı radarlardan itib. Rusiya Müdafiə Nazirliyinin məlumatlarına görə, İsrail təyyarəçiləri Rusiya təyyarəsindən sipər kimi istifadə edərək, onu Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin zərbəsi qarşısında qoyublar. Nəticədə 15 rus hərbçisi həlak olub.

Müdafiə naziri Sergey Şoyqu bildirib ki, “İl-20”nin vurulmasının və heyət üzvlərinin həlak olmasının bütün məsuliyyəti İsrail tərəfinin üzərinə düşür. O deyib ki, bu addım cavabsız qalmayacaq.

Putin ise verdiyi açıqlamada “Suriyada rus Putin rus təyyarəsinin vurulmasını faciəli və bir bədbəxtlik zənciri kimi dəyərləndirərək, İsraili ittiham etmedi.



Әlaqәli Xәbәrlәr