Pullar Mərkəzi Banka aparılarkən yoxa çıxıb

"Təəssüf ki, bu vaxta qədər ölkə prezidenti Corc Veh (George Weah) vəziyyət haqqında məlumatlandırılmayıb", E.Naqbe

1052909
Pullar Mərkəzi Banka aparılarkən yoxa çıxıb

  Liberiyanın xaricdə basaraq ölkəyə gətirdiyi təxminən 9,6 milyard Liberiya dolları Mərkəzi Banka aparılarkən yoxa çıxıb.

  Yerli media xəbərlərinə görə, hökumət 2017 noyabr – 2018 avqust  tarixlərində xaricdə basılaraq ölkəyə gətirilən, amma Mərkəz Bankına aparılarkən itən 9,6 milyard Liberiya dolları ilə bağlı istintaq başlanıb.

  Liberiyanın İnformasiya naziri Evqen Naqbe (Eugene Nagbe) radioya verdiyi açıqlamada vəziyyətin çox narahatedici olduğunu söylərək deyib: “Xaricdə basılaraq paytaxt Monrovia şəhəri limanına bu ilin mart ayında gətirilən pullar Mərkəz Bankına aparılarkən ortadan itib. Pullar təcili tapılmalıdır… Təəssüf ki, bu vaxta qədər ölkə prezidenti Corc Veh (George Weah) vəziyyət haqqında məlumatlandırılmayıb… Ədliyyə Nazirliyi məsələ ilə bağlı istintaq aparır. Xalqı təmkinli olmağa çağırırıq”.

 



Әlaqәli Xәbәrlәr