Dünyada hər 5 saniyədə 1 uşaq ölür

BMT-nin hesabatına görə, ötən il dünyada 6,3 milyon uşaq ölüb.

1052167
Dünyada hər 5 saniyədə 1 uşaq ölür

BMT-nin hesabatına görə, ötən il dünyada 6,3 milyon uşaq ölüb. Bu, hər 5 saniyədə 1 uşağın ölümü deməkdir. Ölən uşaqlar 15 yaşına çatmayanlardır. Ölüm halları əsasən su çatışmazlığı, antisanitariya, tibbi yardımın olmaması və qida çatışmazlığı üzündən baş verir.

Ölən uşaqların böyük əksəriyyəti – 5,4 milyon nəfəri 5 yaşına çatmadan dünyalarını dəyişiblər. Onların yarısı isə yenicə doğulan körpələrdir.

Beş yaşadək uşaqlar arasında yayılmış ölüm hallarının yarısı Afrikanın Saharadan cənubdakı ölkələrinin payına düşür. Bu ölkələrdə hər on üçüncü uşaq ölür. Azyaşlılar 5 yaşa çatmır.

Qeyd edilir ki, əgər yaxın vaxtlarda təcili tədbirlər görülməsə, 2018-ci ildən 2030-cu ilə qədər yaşı 5-dən az olan daha 56 milyon uşaq öləcək. Onların yarısını yenicə doğulanlar təşkil edəcək.

 



Әlaqәli Xәbәrlәr