İsrail Suriyada strateji bölgələrin kosmosdan çəkilmiş fotolarını yaydı

İsrail Suriyanın paytaxtı Dəməşqdə Bəşər Əsəd rejiminə məxsus prezident sarayının da aralarında olduğu bir sıra strateji bölgələrin kosmosdan çəkilmiş fotolarını yaydı.

1051792
İsrail Suriyada strateji bölgələrin kosmosdan çəkilmiş fotolarını yaydı
suriye uydu foto.jpg
sam havalimani uydu foto.jpg

İsrail Suriyanın paytaxtı Dəməşqdə Bəşər Əsəd rejiminə məxsus prezident sarayının da aralarında olduğu bir sıra strateji bölgələrin kosmosdan çəkilmiş fotolarını yaydı.

İsrailin Müdafiə Nazirliyi prezident sarayı ilə yanaşı Dəməşq hava limanı və rejimə məxsus bir hərbi bazanın kosmosdan çəkilmiş fotolarını mətbuata verib.

Nazirliyin açıqlamasında bildirilib ki, fotolar İsrailə məxsus “Ofek 11” adlı kəşfiyyat peyki tərəfindən çəkildi. Bu şəkillər “OFC 1” adlı ilk İsrail pəykinin fırladılması münasibətilə təqdim edilib.  

Digər tərəfdən İsrail mətbuatında Əsəd rejimi üçün strateji əhəmiyyətə malik bölgələrin kosmosdan çəkilmiş fotolarının Tel-Əviv idarəsi tərəfindən yayılması İsrailin “taktiki təhdidi” olaraq yozumlanıb.



Әlaqәli Xәbәrlәr