Almaniya İraqda hərbi məsləhətçi sayını azaldır

Almaniya terror təşkilatı DAEŞ-lə mübarizə çərçivəsində 2014-cü ildən bəri İraq Kürd Regional İdarəçiliyi (IKBY) ərazisində xidmət edən hərbi məsləhətçi sayını azaltmağı planlaşdırır.

1051307
Almaniya İraqda hərbi məsləhətçi sayını azaldır

  Açıqlamanı İraqa səfəri çərçivəsində Ərbildə görüşlər keçirən Almaniya Müdafiə naziri Ursula Fon Der Leyen verib. O deyib: “Almaniya əsgərləri Peşmerge qüvvələrinə təlim verdi. Terrorla mübarizə qlobal məsələdir. Almaniya da bu işdə öz vəzifəsini icra etdi. 2014-cü ildə İraqın üçdə birini ələ keçirən DAEŞ-ə qarşı beynəlxalq koalisiyanın dəstəyilə uğur qazanıldı. İraqda 150 hərbi məsləhətçimiz var. Bu sayı yaxınlarda 100-ə endirməyi düşünürük. Almaniya terrorla mübarizə çərçivəsində İraqa yalnız hərbi deyil, maddi-texniki dəstək də təklif edir.”



Әlaqәli Xәbәrlәr