Almaniya XİN-i Heiko Maas, Rusiyaya İdlib mövzusunda çağırış edib.

İdlib başda olmaqla Suriyada humanitar fəlakət yaranmasının qarşısının alınması üçün Rusiya lazımlı addımları atmalıdır. Bunu Almaniyanın xarici işlər naziri Heiko Maas deyib.

1048555
Almaniya XİN-i Heiko Maas, Rusiyaya İdlib mövzusunda çağırış edib.

Heiko Maaş federal məclisdə (Bundestaqın) büdcə danışıqlarının aparıldığı iclasda etdiyi çıxışında ölkəsinin Suriya məsələsi ilə əlaqəli məsuliyyət öhdəsini götürmədiyinə dair tənqidlərin doğru olmadığına diqqət çəkib.

Almaniya hökumətinin Suriyada həll yolu tapmaq məqsədiylə neçə aydır ki, ABŞ, B.Britaniya, Fransa, Səudiyyə Ərəbistanı, Türkiyə və Rusiya ilə əməkdaşlıq etdiyini ifadə edən Maas, Rusiya xarici işlər naziri Lavrovun cümə günü paytaxt Berlində səfərdə olacağını xatırladıb. Həmkarı ilə keçirəcəyi görüşdə ona İdlib başda olmaqla Suriyada humanitar fəlakət yaranmasının qarşısının alınması uğrunda Rusiyanın lazımlı addımları atmasını istədiklərini bildirəcəyini vurğulayıb.

Almaniyanın Suriyada hümunitar məsuliyyətini yerinə yetirdiyi fikrindən müdafiə edən Maas, ölkəsinin Suriyanın yenidən bərpasında yini siyasi prosesində iştirak edəcəyini qeyd edib.

Xarici işlər naziri Maaş, ‘Əsəd rejiminin kimyəvi silah istifadə etməsi halında ABŞ, Fransa və İngiltərə buna qarşı birgə əməliyyat başladarsa Almaniya belə bir hücumda iştirak edərmi sulına : “ Almaniyanın belə bir vəziyyətin yaranması halında atacağı addımları müzakirə edirik. Bu beynəlxalq hüquq və Almaniya Konstitusiyası baxımından çətin bir mövzudur. Belə bir əməliyyata daxil olmağımız ancaq Federal məcclisin qərarı ilə mümkün ola bilər-deyə Maas bildirib.



Әlaqәli Xәbәrlәr