Kanadanın Xarici İşlər naziri: “Kanada da ABŞ üçün əhəmiyyətlidir”

Kanadanın Xarici İşlər naziri Kristi Frilend (Chrystia Freeland) NAFTA-nın itirilməsinin ABŞ iqtisadiyyatı üçün böyük bir zərbə olacağını bildirdi.

1046183
Kanadanın Xarici İşlər naziri: “Kanada da ABŞ üçün  əhəmiyyətlidir”

Kanadanın xarici işlər naziri Kristi Frilend (Chrystia Freeland)  Kanadanın dövlət televiziyası “Qlobal TV” yə müsahibəsində NAFTA müzakirələri ilə bağlı açıqlamalar verdi.

ABŞ və Meksika ilə 13 aydan uzun bir müddətdir Şimali Amerika Azad Ticarət Assosiasiyasının (NAFTA) müzakirəsinə qatıldıqlarını söyləyən Frilend ötən həftələrdə ABŞ ilə Meksikanın Kanadaya təzyiq xarakterli razılaşma əldə etdiklərini xatırlatdı.

Filand hər üç ölkə üçün faydalı ola biləcək bir razılaşmanın mümkün olduğunu bildirərək, ABŞ-ın Kanada ilə ticari əlaqələrinə dəyər verdiyini və bu bağların qoparılmasının onlara iqtisadi zərbə vuracağını söylədi.

Digər tərəfdən, Kanada Vaşinqtonda həftənin əvvəlində başlayacaq  NAFTA-nı yeniləmə müzakirələrində ABŞ prezidenti Trampın təhdidlərinə baxmayaraq geri addım atmayacağını bildirdi.

Qeyd edək ki,  Trampın ötən aylarda tətbiqinə başlatdığı yeni ğömrük tariflərindən və Kanadada keçirilən G7 sammitindən sonra iki ölkə arasında yaranan gərginlik NAFTA müzakirələrinə də təsir edir.

24 illik müqavilənin yenilənməsi ilə bağlı ABŞ və Meksika arasında  27 avqust 2018-ci il tarixində razılaşma əldə edilib, prezident Tramp Kanadanın bu razılaşmanı qəbul etməməsi halında Meksika ilə yola davam edəcəklərini açıqlayıb. Tramp bu vəziyyətdə Kanada istehsalı avtomobillərə əlavə vergi qoyula biləcəyini bildirib.

Kanadanın Baş naziri Castin Trudo (Justin Trudeau) isə: “Pis bir müqavilədənsə, yeni NAFTA müqaviləsinin olmaması daha yaxşıdır" deyə cavab verib.

ABŞ, Meksika və Kanada NAFTA sayəsində hər il 1 trilyon dollarlıq ticarət edir.



Әlaqәli Xәbәrlәr