ABŞ Fələstin Qurtuluş Təşkilatının Vaşinqtondakı ofisini bağlayır

Xəbəri” Wall Street Journal” qəzeti yaydı.

1046190
ABŞ Fələstin Qurtuluş Təşkilatının Vaşinqtondakı ofisini bağlayır

Fələstin Qurtuluş Təşkilatının Vaşinqtondakı ofisinin bağlanacağı bildirildi.

Xəbəri "Wall Street Journal" qəzeti yaydı.

Xəbərdə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun (John Bolton) bununla bağlı açıqlama verəcəyi qeyd edilir və Boltonun açıqlama mətnindən  ifadələrə yer verilir.

Mətndə deyilir: “ABŞ hər zaman dost və müttəfiqi olan İsrailin yanındadır. Fələstinlilər İsrail ilə birbaşa danışıqlara başlamaqdan imtina etdiyi halda Tramp rəhbərliyi bu ofisi açıq saxlamayacaq”.

Açıqlama mətnində ABŞ və İsrailə qarşı məhkəmə işinə başladığı təqdirdə Beynəlxalq Cəza Məhkəməsinə qarşı sanksiya tətbiqinə dair qərarın qəbul oluna biləcəyi də bildirilir.

Qeyd edək ki, ABŞ rəhbərliyi BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) maliyyə dəstəyini də tamamilə dayandırıb.

 



Әlaqәli Xәbәrlәr