Ağ Ev Rusiya və Əsəd rejimini Türkiyə hərbi müşahidəçilərini təhlükəyə atmaqdan çəkinməyə çağırdı
ABŞ rəhbərliyindən Rusiya və Əsəd rejiminə bir daha İdlib xəbərdarlığı gəldi.

ABŞ rəhbərliyindən Rusiya və Əsəd rejiminə bir daha İdlib xəbərdarlığı gəldi.
Ağ Ev Rusiya və Əsəd rejimindən İdlib əməliyyatında Suriya müxalifətinə hücum edilməməsini və şəhərə humanitar yardımın təmin edilməsini tələb etdi.
Ağ Evdən TRT-yə verilən açıqlamada: "Rusiya və Əsəd rejimini Türkiyə hərbi müşahidəçilərini təhlükəyə atmaqdan çəkinməyə çağırırıq" ifadəsi işlədildi.
Açıqlamada: " Rusiya və Əsəd rejimi apardıqları əməliyyatda Suriya müxalifətini və vətəndaşları hədəf almamalıdırlar. ABŞ və müttəfiqləri Rusiyanın dəstək verdiyi Əsəd rejiminin əhalisi sıx olan İdlibə hücum etməsi vəziyyətində qorxunc bir hunmanitar böhranın baş verməsinə görə narahatdırlar. Rusiya və Dəməşq rejimini mülki vətəndaşları qorumağa, yağmalama hadisələrinin qarşısını almağa və göndəriləcək beynəlxalq yardımlar da olmaqla, yardım qruplarının daxil olmasını təmin etməyə çağırırıq" deyildi.