ABŞ-ın Venesuelada dövlət çevrilişi planlaşdırdığı iddia edildi

Amerika Birləşmiş Ştatları rəhbərliyinin Venesuela ordusundakı bəzi müxalif hərbi rəsmilərlə ölkədə gizli çevrilişlə bağlı danışıqlıqlar apardığı iddia edildi.

1045881

 "The New York Times" qəzetində adı açıqlanmayan bəzi amerikalı rəsmilərlə danışıqlarda iştirak etdiyi bildirilən venesuelalı sabiq komandana əsaslanaraq verilən xəbərə görə, Tramp rəhbərliyi Venesuelada dövlət çevrilişi planlaşdırıb.
 
 Xəbərdə, eyni zamanda, ABŞ-ın sanksiya siyahısında olan venesuelalı sabiq komandanın da iştirak etdiyi görüşlərdə çevriliş planına aid bir çox mövzunun müzakirə olunduğu irəli sürüldü.
 
 Danışıqların müəyyən anında ABŞ rəhbərliyinin "çevrilişin uğursuz olma" ehtimalını nəzərə alaraq, gizli çevriliş danışıqlarını dayandırdığı iddia edildi.
 
 Ağ Ev rəsmiləri mövzu ilə bağlı suallara cavab vermir, ABŞ Dövlət Departamentinin son dövrdə Venesuelada Nikolas Maduro rəhbərliyini hədəf alan bir sıra sanksiya qərarını qəbul etdiyini qeyd edir.
 
 Qeyd edək ki, Trump rəhbərliyi Maduronun 20 mayda keçirilən prezident seçkilərinin ilk mərhələsindəki qələbəsindən sonra seçkilərin "məkrli" olduğunu bildirib və bu ölkəyə qarşı yeni sanksiya qərarları qəbul edib.

Әlaqәli Xәbәrlәr