“Türkiyə iqtisadiyyatının sağlam şəkildə inkişafı Almaniyanın strateji mənfəətinədir”, A.Merkel

Almaniya kansleri Angela Merkel alman xəbər agentliyi “DPA”, RTL/n-tv telekanallarına müsahibəsində Türkiyə və Suriyanın İdlib şəhərindəki hadisələrə toxunub.

1044649
“Türkiyə iqtisadiyyatının sağlam şəkildə inkişafı Almaniyanın strateji mənfəətinədir”, A.Merkel

“Türkiyə iqtisadiyyatının sağlam şəkildə inkişafı Almaniyanın strateji mənfəətinədir”.

Bunu Almaniya kansleri Angela Merkel alman xəbər agentliyi “DPA”, RTL/n-tv telekanallarına müsahibəsinin Türkiyə və Suriyanın İdlib şəhərindəki hadisələrlə əlaqəli hissəsində deyib.

Türkiyə iqtisadiyyatının  sağlam şəkildə inkifaşının Almaniyanın strateji mənfəətinə olduğunu vurğulayan Merkəl “Türkiyənin  iqtisadiyyatının zəifləməsinə səbəb olacaq bir addım atsaq öz mənfəətlərimizə uyğun hərəkət etmiş olmarıq” deyə bildirib.

Türkiyə-Almaniya əlaqələri üçün “Hər zaman qaranı yaxud ağı düşünə bilmərik. Həqiqət budur” deyə söyləyən Merkel Almaniyada 3 milyon Türkün yaşadığını və bu səbəbdən iki ölkənin xüsusi bir bağ ilə bir-birinə bağlı olduğunu qeyd edib.

Suriyanın İdlib şəhərindəki son vəziyyətə və rejimin mümkün ola biləcək hücumuna toxunan Merkel İdlibdə insani fəlakətin yaşanılmasından imtina etməyə çağırıb.

Merkel mümkün ola biləcək əməliyyat və mülki vətəndaşların qorunması barədə Rusiya prezidenti Vladimir Putin və prezident Rəcəb Tayyib Ərdoğan ilə də görüşdüyünü sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr