Heiko Maas: "Türkiyəni Tehran görüşü ilə bağlı dəstəkləyirik"

Almanya xarici işlər naziri Heiko Maas bu həftə Tehranda keçiriləcək üçtərəfli görüşün əhəmiyyətindən danışdı, bu məsələdə Türkiyəni dəstəklədiklərini bildirdi.

1043994
Heiko Maas: "Türkiyəni Tehran görüşü ilə bağlı dəstəkləyirik"

Almaniyanın işgüzar səfərlə Türkiyədə olan xarici işlər naziri Heiko Maas Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdü.

Görüşdən sonra Ankara Palasda birgə mətbuat konfransı keçirildi.

 Türkiyənin Almaniya üçün yalnız qonşu ölkə olmadığını, 3 milyondan çox Türk mənşəli insanın Almaniyada yaşadığını ifadə edən Maas bu insanların yaşadıqları ölkənin mədəniyyətlərini zənginləşdirdiklərini, iki ölkəni bir-birinə daha da yaxınlaşdırdıqlarını dilə gətirdi.

 Maas Türkiyə və Almaniya arasındakı yaxın iqtisadi əlaqələrdən də danışdı.

 Almaniyanın xarici işlər naziri NATO, ATƏT və Avropa Şurası kimi bir sıra platformada Türkiyə ilə tərəfdaş olduqlarını vurğulayaraq: "Türkiyə və Almaniya arasında son illərdə təbii ki, bəzi anlaşılmazlıqlar olub. Səfərimdə bu məsələləri də müzakirə etdik. Münasibətlərimizin konstruktiv olması strateji mənfəətimizi təmin edir" dedi.

Maas Suriyadakı vəziyyət başda olmaqla, beynəlxalq məsələlərin də masaya qoyulduğunu bildirərək sözünə belə davam etdi:

 "Türkiyyə  böyük bir həyəcanla sərhədlərində cərəyan edən prosesləri izləyir, biz də narahatıq. Proqnozlaşdırılması mümkün olmayan humanitar  fəlakətə səbəb ola biləcək hadisələrə meydan ola biləcək bir bölgədən - İdlibdən danışırıq. İdlibdən qacan insanlara kömək etmək lazımdır. Türkiyə bu məsələdə əhəmiyyətli tərəfdaşımızdır".

 Almaniyalı nazir bu həftə Tehranda keçiriləcək üçtərəfli görüşün əhəmiyyətinə də toxunaraq: "Bu məsələdə də Türkiyəni dəstəkləyirik. Beynəlxalq ictimaiyyətdə bir çox dairələr Türkiyənin vəziyyətə müdaxilə məsələsində digər ölkələrdən daha çox imkana malik olduğunu düşünür" dedi.

 İdlibdə humanitar fəlakətin qarşısının alınmasını istədiklərini bildirən Maas Suriyada çoxu uşaqlardan ibarət olan 3 milyondan çox insanın sığınacaqsız olduğuna diqqət çəkdi.

 Maas: "Münaqişə vəziyyətində olanlara təsir etmək istəyən Rusiya və digər ölkələr də var. Böyük bir fəlakət ehtimalı da var. Münaqişələrin olduğunu və bu münaqişələrin müəyyən cəbhələrdə intensivləşəcəyini görürük" dedi.

 Heiko Maas  Türkiyə səfəri çərçivəsində bu məsələ ilə bağlı nələrin edilə biləcəyini  müzakirə etdiklərini qeyd etdi.



Әlaqәli Xәbәrlәr