Donald Tramp: "İdlibdə qətliam olsa, çox qəzəblənərik"

ABŞ prezidenti Donald Tramp Bəşər Əsəd rejiminə İdliblə bağlı xəbərdarlıq etdi.

1044000
Donald Tramp: "İdlibdə qətliam olsa, çox qəzəblənərik"

 ABŞ prezidenti Donald Tramp Küveyt Əmiri Şeyx Sabah əl Əhməd əl Cabir əl Sabahı qəbul edərkən jurnalistlərin suallarını cavablandırdı.
 
 Əsəd rejiminə İdliblə bağlı xəbərdarlıq edən Tramp: "İdlibdə qətliam olsa, çox qəzəblənərik" dedi.
 
 Tramp İran prezidenti ilə görüşüb - görüşməyəcəyi ilə bağlı verilən suala isə : "hər şey mümkündür" cavabını verdi.

 11 sentyabrda ictimaiyyətə təqdim olunacaq "Qorxu: Ağ Evdə Tramp" adlı kitab Amerika cəmiyyətində yeni mübahisələrə səbəb olacaq.

 Ağ Ev isə kitabın səhvlərlə dolu olduğunu iddia edir.
 



Әlaqәli Xәbәrlәr