Sergey Lavrov: "ABŞ-ın əsas valyuta sahibi kimi öhdəliklərini yerinə yetirməsini umduq"

Rusiya xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının öz valyutası olan dollardan digər ölkələri cəzalandırmaq üçün istifadə etdiyini söylədi.

1043505
Sergey Lavrov: "ABŞ-ın əsas valyuta sahibi kimi öhdəliklərini yerinə yetirməsini umduq"

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın "Pervıy Kanal"ına verdiyi müsahibədə: "Dollar beynəlxalq valyuta və maliyyə sistemidir. Bu, doğrudurmu? Bəli, doğrudur. Hamı bunu qəbul etdi, on illərlə bu qaydalarla yaşadıq və ABŞ-ın əsas valyuta sahibi kimi öhdəliklərini yerinə yetirməsini umduq" dedi.

Lavrov Vaşonqtonun başqalarını cəzalandırmaq üçün dollarda təzyiq vasitəsi kimi isitfadə etdiyini qeyd edərək: " Dollarla aparılan hər növ bank əməliyyatlarını dayandırırlar. Həm də, bunu yalnız cəzalandırmaq istədikləri ölkəyə qarşı deyil, bu ölkə ilə əlaqəsi olan hər kəsə qarşı tətbiq edirlər" deyə əlavə etdi.

 

 



Әlaqәli Xәbәrlәr