ABŞ İdlib və kimyəvi hücumla bağlı xəbərdarlıq etdi

ABŞ rəhbərliyi Suriyanın İdlib şəhərindəki prosesləri yaxından təqib etdiklərini vurğulayaraq: “Əgər Bəşər Əsəd yenidən kimyəvi silahdan istifadə etməyi seçərsə, ABŞ və müttəfiqləri təcili və uyğun şəkildə cavab verəcək" deyə bildirdi.

1043257
ABŞ İdlib və kimyəvi hücumla bağlı xəbərdarlıq etdi

Ağ Evin Mətbuat Katibliyi ABŞ-ın İdlibdəki son proseslərlə bağlı möqeyini  açıqladı.

Açıqlamada deyilir:”ABŞ Rusiya və İranın dəstəklədiyi Əsəd rejiminin hücumunun təhlükəsi altında olan, milyonlarla günahsız insanın yaşadığı Suriyanın İdlib bölgəsindəki  prosesləri yaxından təqib edir. Prezident Donald Tramp bu növ hücumun onsuz da, faciəvi olan qarşıdurmanı daha da gərginləşdirəcəyi və yüz minlərlə insanın həyatını riskə atacağı ilə bağlı xəbərdarlıq edib. Əgər Bəşər Əsəd yenidən kimyəvi silahdan istifadə etməyi seçərsə, ABŞ və müttəfiqləri təcili və uyğun şəkildə cavab verəcəklər. Bu məsələ ilə bağlı mövqeyimiz dəqiqdir. ABŞ Suriyadakı düşmənliklərə son qoyulması üçün BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına əsaslanaraq, diplomatik həll tapmaq məqsədilə müttəfiqləri ilə birlikdə fəaliyyət göstərməyə yorulmadan davam edəcəkdir".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünən Twitter vasitəsilə yaydığı açıqlamasında: “Bəşər Əsəd rejimi Suriyanın İdlib şəhərinə düşünmədən hücum etməməlidir. Ruslar və iranlılar bu təxmin edilən humanitar faciədə iştirak edərək, böyük səhvə yol verərlər. Yüz minlərlə insan ölə bilər” deyib.

ABŞ Dövlət Departamentinin sözcüsü Heather Nauert də mətbuat brifinqində ABŞ-ın prosesi yaxından təqib etdiyini və kimyəvi silah hücumuna reaksiya göstərəcəklərini ifadə edib.



Әlaqәli Xәbәrlәr