ABŞ prezidentindən Suriya açıqlaması

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp: "Bəşər Əsəd Suriyanın İdlib şəhərinə düşünmədən hücum etməməlidir. Yüz minlərlə insan ölə bilər" dedi.

1042524
ABŞ prezidentindən Suriya açıqlaması

 Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Twitter hesabından Suriya məsələsini dəyərləndirdi.
 
Tramp: "Suriya prezidenti Bəşər Əsəd Suriyanın İdlib şəhərinə düşünmədən hücum etməməlidir. Ruslar və iranlılar bu ehtimal olunan bəşəriyyət faciəsində iştirak edərək böyük səhv edirlər. Yüz minlərlə insan ölə bilər. Bunun baş verməsinə izn verməyin" deyə yazdı.
 
 Suriyada müxaliflərin son qalası - İdlibdə 4 milyona yaxın mülki vətəndaş Əsəd rejimi və onun havadarları tərəfindən aparıla biləcək əməliyyata görə narahatdırlar. 

Strateji mövqedə yerləşən İdlibdə baş verəcək hər hansı bir qarşıdurmanın Türkiyə və Avropaya böyük köç dalğasına təkan verməsi ehtimal olunur.



Әlaqәli Xәbәrlәr