Jan-İv Le Drian: "İdlib məsələsində Rusiya və Türkiyə ilə bir çıxış yolu tapmağa çalışırıq"

Fransa Xarici İşlər naziri  Jan-İv Le Drian (Jean-Yves Le Drian) İdlib məsələsi ilə bağlı açıqlamalar verdi.

1041762
Jan-İv Le Drian: "İdlib məsələsində Rusiya və Türkiyə ilə bir çıxış yolu tapmağa çalışırıq"

  Fransa Xarici İşlər naziri  Jan-İv Le Drian (Jean-Yves Le Drian)  "France Inter" radiosu, "Le Monde" qəzeti və "France 2" televiziya kanalının hazırladıqları ortaq  proqramda açıqlamalar verdi.

 Proqramda Əsəd rejiminin daha əvvəl də kimyəvi silahdan istifadə etdiyini xatırladan Le Drian: "İdlibdə Əsəd rejiminin yenidən kimyəvi silahdan istifadə edəcəyi riski vardır. Bu sübut olunmadı, lakin bir təşəbbüs ola bilər. Bəzilərinin açıqlamalarına nəzər saldıqda, belə bir riskin olduğunu düşünürəm. Ölümlərə səbəb olan kimyəvi silahın tətbiqinə dair dəlil olduğu təqdirdə, Fransanın cavabı eyni olacaq. Bəşər Əsəd döyüşü qazandı, lakin sülh əldə edə bilmədi. Bunu Əsəd rejimini dəstəkləyənlər, xüsusilə Rusiya üçün söyləyə bilərəm" deyə danışdı.
 
İdlibdə qətliamın baş verməməsi üçün Fransanın Astana qrupu ilə çalışdığını bildirən Le Drian: "İdlib üçün yeganə həll siyasi həlldir" dedi. 

Le Drian Suriyada konstitusiya islahatı və seçkilərin keçirilməsi üçün işlər apardıqlarını söylədi.

 Frasanın Xarici İşlər naziri İdlibdəki vəziyyətin narahatedici olduğunu qeyd edərək: "Rusiya və Türkiyənin etibarına hər şəkildə təsir göstərəcək humanitar faciədən qaçmaq lazımdır. Rusiya və Türkiyə ilə bir çıxış yolu tapmağa çalışırıq" dedi.



Әlaqәli Xәbәrlәr