"Biz özümüzü Suriya torpaqları ilə məhdudlaşdırmırıq", A,Liberman

İsrailin müdafiə naziri Aviqdor Liberman Qüdsdə keçirilən konfransda bildirib ki, yerləşdiyi ərazidən asılı olmayaraq, İranın bütün hədələrinə qarşı mübarizə aparacağıq.

"Biz özümüzü Suriya torpaqları ilə məhdudlaşdırmırıq", A,Liberman

“Yerləşdiyi ərazidən asılı olmayaraq, İranın bütün hədələrinə qarşı mübarizə aparacağıq”.

Bunu İsrailin müdafiə naziri Aviqdor Liberman Qüdsdə keçirilən konfransda bildirib.

Nazir deyib ki, biz özümüzü Suriya torpaqları ilə məhdudlaşdırmırıq. Bu, açıq-aşkar bilinməlidir. İranın Suriyadan kənardakı hədəflərinə hücum etməyə hazırlaşırıq.

Aviqdor Liberman İranın hansı ölkələrdəki hədəflərini nəzərədə tutduğunu deməyib.

Qeyd edək ki, son zamanlar İsrail İranın Suriyadakı hədəflərinə qarşı hücumlar həyata keçirib. 

İsrailin baş naziri Netanyahu da 30 avqustdakı açıqlamasında Suriyanı və İrana məxsus hədəfləri vuracağına dair hədələmişdi.



Әlaqәli Xәbәrlәr