‘Türk axını’ boru kǝmǝri layihǝsi yekunlaşır

Rus qazını Türkiyǝyǝ   çatdıracaq   “Türk axını” qaz boru kəməri  layihəsi üzrə işlərin 80 faizi yekunlaşıb.

1040728
‘Türk axını’ boru kǝmǝri layihǝsi yekunlaşır

“Gazprom”un “South Stream Transport A.V.” şirkətinin  idarə heyətinin sədri Aleksey Millerin  mǝlumatına görǝ   indiyədək boru kəmərinin hər iki xətti üzrə 1500 kilometr uzunluğunda boru inşa edilib.

Aleksey Miller deyib ki, bu “Turk axını” layihəsi üzrə işlərin 80 faizinin yekunlaşması deməkdir. Boru kəməri 2019-cu ilin sonuna qədər istifadəyə veriləcək.

Qeyd edək ki, “TurkStream”in dəniz borularını quraşdıran “Pioneering Spirit” gəmisi avqustun 26-da bir gündə 6,27 kilometr boru inşa edərək rekorda imza atıb.

Xatırladaq ki, Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq “TurkStream”in əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. “TurkStream”in ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyə biləcək. Boru kəmərinin ikinci xəttinin Türkiyə sularında inşası üçün bütün lazımi icazələr alınıb. Türkiyə “TurkStream”in dəniz hissəsini tikən şirkətdən vergi almayacaq.

Türkiyədəki təbii qaz qəbulu terminal İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində tikilir. Buraya gələn qaz Türkiyənin “Botaş” şirkəti tərəfindən inşa ediləcək xətt ilə Lüleburqazdan beynəlxalq qaz şəbəkəsinə veriləcək.

“TurkStream” layihəsi üzrə ikinci xətlə təbii qazın Türkiyə-Yunanıstan sərhədində, İpsala yaxınlarında Avropaya göndərilməsi planlaşdırılır. Lakin bu marşrut hələ ki müzakirə edilir, təbii qazı alacaq və daşıyacaq ölkələrlə danışıqlar aparılır.



Әlaqәli Xәbәrlәr