"Əsəd rejiminin dəstəklənməsi səhv siyasətdir", E.Makron

Fransa prezidenti Emmanuel Makron Suriyada Bəşər Əsəd rejiminin dəstəklənməsinin səhv siyasət olduğunu söylədi.

1038411
"Əsəd rejiminin dəstəklənməsi səhv siyasətdir", E.Makron

Fransa prezidenti Emmanuel Makron Suriyada Bəşər Əsəd rejiminin dəstəklənməsinin səhv siyasət olduğunu söylədi.

Emmanuel Makron Fransız səfirləri ilə keçirdiyi görüşdə açıqlama verərək, Əsəd rejimi kimyəvi silahdan istifadə edəcəyi təqdirdə Suriyada yeni hava hücumları başlatmağa hazır olduqlarını deyib.

Emmanuel Macron "Hesab edirəm ki, Əsədin dəstəklənməsi ssenarisi böyük bir səhv olacaq, milyonlarla insanın qaçqın olmasına kim səbəb olur,  öz xalqını kim öldürür" deyə bildirib.

Fransanın gələcəkdəki Suriya rəhbərlərini təyin edə bilməyəcəyini vurğulayan Makron, ancaq Suriya xalqının bunu edə biləcəyindən arxayın olmağın özlərinin vəzifəsi və xeyrinə olacağını deyib.

Macron ayrıca, Avropa İttifaqının (Aİ) öz təhlükəsizliyini gücləndirmək üçün yeni təkliflər təqdim edə biləcəyini və indi də Avropanın ABŞ-a etimad etməsinə son qoymasının vacibliyini dilə gətirib.

"Avropa İttifaqının müdafiəsi ABŞ-dan asılı olmamalıdır", - deyə bildirən Makron Avropanın müdafiəsilə əlaqəli bütün fəaliyyətlərin qitədəki bütün ölkələr ilə Rusiyanı da əhatə etməsinin lazım olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr