BMT: “Myanmadakı Arakanlı  müsəlmanlar zülm altında yaşayırlar”

BMT-nin Myanmaya dair beynəlxalq istintaq missiyası Rahyan ştatında rohincalı müsəlmanların soyqırımına görə, Myanmar hərbi rəhbərliyini məsuliyyətə cəlb etməyə çağırdı.

1038346
BMT: “Myanmadakı Arakanlı  müsəlmanlar zülm altında yaşayırlar”

Müvafiq sənəd 18 sentyabrda Cenevrədəki BMT İnsan Haqları Şurasının növbəti iclası zamanı rəsmi olaraq təqdim ediləcək. Hesabat müəlliflərini Myanmada buraxmayıblar. Onlar öz  istintaqlarını qurban və şahidlərlə müsahibələr, peyk şəkilləri, fotoşəkillər və video görüntülərin öyrənilməsi əsasında aparıblar.   Myanmadakı araşdırma missiyası nümayəndələri bu ölkənin ordu rəhbərliyini  Rayhan,Kaçin və Şan vilayətlərindən soyqırımı, hərbi və  insanlığa qarşı cinayət  törətdiyini qeyd ediblər. Xüsusilə 2017-ci il mart ayında törədilənlər beynəlxalq hüquqa görə, şübhəsiz ki, ciddi cinayət kimi qiymətləndirilib. O zaman insaların qrup halında zorlanması, uşaqlara hücum, bütov kəndlərin yandırılması, insanların itkin düşməsi və cinsi köləlik halları baş verdiyi bildirilir.   Hesabat müəllifləri əllərində Myanma ordusunun yüksək rütbəli rəhbərlərinin cinayət məsuliyyətinə və istintaqa cəlb etmək üçün kifayət qədər məlumatlarının olduğunu bildiriblər. Onların Rayhan ştatında soyqırımı törətdiklərinə görə, məsuliyyətə cəlb edilməsinə dair yetərincə məlumatın olduğu qeyd edilir.  BMT Myanma ordusunun ali komandanı general Min Aunq Hlay və 5 komandanı cinayət törətməkdə günahlandırıb.



Әlaqәli Xәbәrlәr