Con Makkeyn dünyasını dəyişdi

Keçən ildən beyin xərçəngiylə mübarizə aparan məşhur respublikaçı senator avqustun 25-də günortadan sonra dünyasını dəyişib.

1037673
Con Makkeyn dünyasını dəyişdi

  Amerika Birləşmiş Ştatlarında Respublikaçılar Partiyasının aparıcı adlarından olan, Arizona ştatının senatoru Con Makkeyn (John McCain) 81 yaşında həyatını itirib.

  Keçən ildən beyin xərçəngiylə mübarizə aparan məşhur respublikaçı senator avqustun 25-də günortadan sonra dünyasını dəyişib.

  Son zamanlar ABŞ prezidenti Donald Trampı tənqidləri ilə də gündəmə gələn Con Makkeyn həm Respublikaçılar, həm də Demokratlar partiyaları tərəfindən təqdir edilən bir senator kimi tanınırdı.

  2008-ci ildə keçirilən prezident seçkilərində Demokrat namizəd Barak Obamaya qarşı Respublikaçı Partiyanı təmsil edən namizəd kimi Makkeyn seçkiləri uduzmuşdu. Amma Respublikaçı Partiya dairələrində həmişə ağırlığı qoyuna ad olub.

  Makkeyn 1967-1973-cü illərdə Vyetnam müharibəsində əsir götürülmüşdü.

  O, 1981-ci ildə ABŞ Konqresinə ilk dəfə daxil olaraq o tarixdən son gününədək müxtəlif pillələrdə doğulduğu Arizona ştatını təmsil edib.

  ABŞ prezidenti D.Tramp “twitter” hesabından paylaşdığı mesajda yazıb: “Başsağlığı və dərin hörmətimi senator Con Makkeyn ailəsinə çatdırıram.  Dualarımız sizinlədər."

  ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) də “twitter” hesabından paylaşdığı mesajda deyib: “Özüm və həyat yoldaşım adından Makkeyn ailəsinə ən dərin hüznlə başsağlığı verirəm”.

  ABŞ-ın əvvəlki prezidenti Barak Obama da başsağlığı verərək Makkeynin Amerika siyasətində imtiyazlı yerə sahib olduğunu və onu hər zaman minnətdarlıqla anacaqlarını söyləyib.

  Obamanın müavini və Makkeynin yaxın dostu Co Bayden də yazaraq onun hər şeydən öncə yaxşı bir dost olduğunu vurğulayıb.

  ABŞ Konqresinin bütün Senat və Nümayəndələr Palatasının üzvləri, o cümlədən, ölkədəki ən önəmli müsəlman haqları müdafiəçisi qeyri-hökumət təşkilatı Amerika-İslam Əlaqələri Şurasının (CAIR) sədri Nihad Avad da Makkeyn ailəsinə başsağlığı verib.



Әlaqәli Xәbәrlәr