ABŞ qərarı "yanlış zamanda yanlış mesaj” adlandırdı

Amerika Birləşmiş Ştatları Dövlət Departamenti Avropa İttifaqının İrana edəcəyi 18 milyon avroluq yardım qərarını "Yanlış zamanda yanlış mesaj” verdiyini" adlandırıb.

1037745
ABŞ qərarı "yanlış zamanda yanlış mesaj” adlandırdı

   “Reuters”in məlumatına görə, Avropadan İrana quruculuq yardımı rejimin xalq üzərindəki təzyiqlərini artırmasına səbəb olur. İran rejiminin qlobal və regional təhdidlərini məhv etmək və xalqını dəstəkləmək üçün ABŞ və Avropa İttifaqı birgə çalışmalıdır.”  

  Qeyd edək ki, Aİ ABŞ-ın iqtisadi sanksiyalarının təsirini yüngülləşdirmək və İranla 2015-ci il imzalanan beynəlxalq nüvə sazişini xilas etmək üçün ölkəyə, özəl sektor da daxil olmaqla, 18 milyon avro yardımetmə qərarı verib. Həmin yardım Aİ tərəfindən 50 milyon avroluq ümumi dəstək həcminin ilk paketidir.



Әlaqәli Xәbәrlәr