"ABŞ-ın F16-ları işə yaramaz", R.Duterte
Filippin dövlət başçısı Rodriqo Duterte Amerika Birləşmiş Ştatlarının F16-ları satma təklifinə "işə yaramaz" dedi.

ABŞ-ın Filippinə F16 reaktiv təyyarələri satmağı təklif etdiyini söyləyən Rodriqo Duterte məsələylə bağlı deyib: “ABŞ ordumuzu dizayn etməyə çalışır. Ancaq ordumuzun ağır silahlara ehtiyacı yoxdur. Bizə vertolyot və kiçik təyyarələr lazımdır. Buna görə ABŞ-ın F16 təklifi işə yaramaz".
Filippinin başladığı narkomaniya ilə mübarizəni ABŞ-ın tənqid etməsindən sonra belə bir təklifin gəlməsini qəbul etmədiyini bildirəm R.Duterte onu da söyləyib ki: “ABŞ-la “dost” olduğumuzu qəbul edirik. Bunu illər əvvəl bizi necə istismar etdiyindən bilirəm… Biz ABŞ-a Rusiyadan silah satın alacağımızla bağlı xəbərdarlıq edəndə onlar “siz kimsiniz ki, bizi xəbərdar edirsiniz?” deyə cavab verdi”.
Qeyd edək ki, Filippin başçısı keçən il Rusiyaya reallaşdırdığı səfərdə iki ölkə arasında hərbi əməkdaşlıq sazişi imzaladı. Rəsmi Moskva Filippinə qiyamçılarla mübarizəyə görə 5 min “Kalaşnikov” avtomatını pulsuz göndərdi. O zaman Filippin hökuməti Rusiyadan sualtı gəmi, patrul gəmisi, vertolyot və zirehli maşın da satın almağı planlaşdırdıqlarını açıqladı.